Elza Seyidcahan: "Rasim Balayevin ürəyində oynamaq istədiyi rollar var idi"
"Rasim müəllim 1948-ci ildəndir, bu yaş aktyor üçün elə də böyük yaş deyildi. O qədər gözəl rollar oynamağına baxmayaraq, onun ürəyində hələ oynamaq istədiyi rollar da var idi".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Rasim Balayevin vida mərasimində iştirak edən Əməkdar artist Elza Seyidcahan deyib. Sənətçi bildirib ki, hələ də Rasim Balayevin dünyasını dəyişdiyinə inana bilmir:
"Rasim Balayev 70-dən çox filmə çəkilib, xeyli sayda tamaşalarda oynayıb. Çox məhsuldar aktyor idi. Hər zaman sevilən, hörmətli, şəxsiyyətli biri olub. İnana bilmirik ki, biz onu itirdik. Rasim Balayev hər zaman qəlbimizdə yaşayacaq".
Xatırladaq ki, Rasim Balayev 1948-ci il 8 avqustda Ağsuda doğulub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
O ilk dəfə "Ulduzlar sönmür" filmində çəkilən aktyor sonradan "Nəsimi", "Babək", "Dədə Qorqud", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Cavid ömrü" kimi filmlərdə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb.
Oxşar xəbərlər
Baba Vəziroğlu: "Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir"
"Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir". Bu sözləri tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Xalq artisti Rasim Balayevlə vida mərasimində B...