Elnur Soltanov: "2 GVt-lıq “yaşıl enerji”ni inteqrasiya etmək üçün 250 MVt-lıq anbar yaratmalıyıq"
Yeniliklərdən dərhal xəbərdar olun
2 GVt-lıq “yaşıl enerji”ni inteqrasiya etmək üçün Azərbaycana 250 MVt gücündə anbar lazımdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu COP29-un icraçı direktoru Elnur Soltanov II Qlobal Media Forumu çərçivəsində “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusundakı təqdimatında bildirib.
“Biz 2024-cü ildə ilk 50 MVt enerjinin saxlanması üçün şərait yaratmağı nəzərdə tuturduq. Geriyə qalan 200 MVt-la bağlı qərar lazım gəldikdə sonra veriləcək”, - o qeyd edib.
E.Soltanovun sözlərinə görə, ümumilikdə 250 MVt gücündə “yaşıl enerji” anbarının yaradılması layihəsinin 2027-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir - YENİLƏNİB - FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Vestas Wind Systems A/S” şirkətinin vitse-prezidenti Morten Dirholm ilə görüşüb. BAKU....