Elmar Vəliyevin sökdürdüyü bazar yenidən tikilir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhəri İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin vaxtı ilə sökdürdüyü bazar yenidən tikilir.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, şəhərin ən qədim bazarlarından olan və el arasında "Kolxoz Bazarı" kimi tanınan ərazidə yeni ticarət obyekti tikilir.
Artıq işlərə başlanılıb. Yeni bazarın bir hissəsi bu ilin sonuna istifadəyə veriləcək. Tam gücü ilə fəaliyyətə başlaması isə gələn il mümkün olacaq.
Qeyd edək ki, Elmar Vəliyevin fəaliyyəti dönəmində Gəncə şəhərində uzun illər əhaliyə xidmət göstərən 3 bazar tamami ilə sökülərək orada çalşan işçilər icra başçısına məxsus olduğu iddia edilən "Grand Qafqaz" Ticarət Kompleksinə köçürülüb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...