Ələtdə şəhid Elnur İbrahimovun adına bulaq istifadəyə verilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Elnur Dönməz oğlu İbrahimovun anadan olmasından 23 il ötür. Elə bu münasibətlə, şəhidin doğulub boya-başa çatdığı Qaradağ rayonu Ələt qəsəbəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin də dəstəyi ilə bulaq və kiçik park istifadəyə verilib.
Açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon ictimaiyyəti, Bakı limanının, Qaradağ rayon icra hakimiyyətinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələri və qazilər də iştirak edib. Elnurun ailəsi şəhidimiz xatirəsinin əbədiləşdirilməsi üçün atılan bu nəcib addımda əməyi keçən hər kəsə təşəkkürünü bildirib və övladları ilə fəxr etdiklərini vurğulayıblar.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin giziri Elnur Dönməz oğlu İbrahimov 21 oktyabr tarixində, Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan şiddətli döyüşlər zamanı qəhramancasına şəhid olub. Elnur ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
İsmayıllıda şəhidlərin anım tədbirləri keçirilib - FOTO
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Etibar Fazil oğlu Şirino...