Eldar Əzizov: "Yarmarkalarda qiymətlərin aşağı olmasına nəzarət edilsin" - FOTO
02
mar
2019
12:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin tapşırığı ilə bu gündən Novruz yarmarkaları keçirilir ki, sakinlərin seçim imkanı olsun. BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə deyib.Onun sözlərinə görə, həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Kənd Təsərrüfatı Nazirliyinə və digər strukturlara birmənalı olaraq tapşırılıb ki, yarmarkalarda qiymətlərin aşağı olmasına nəzarət edilsin: “Bu formatdan səmərəli şəkildə istifadə etməliyik”.İcra başçısı bildirib ki, Azərbaycanda sosial yönümlü tədbirlər həyata keçirilir, addım-addım hər şeyə nail olunur: "Ölkədə qiymətləri tənzimləmə siyasəti həyata keçirilir. Bu, birbaşa Prezidentin tapşırığıdır. Gördüyünüz kimi, mütəmadi yarmarkalar təşkil edilir ki, sakinlərdə seçim imkanı olsun. Bu proses davam etdiriləcək".BAKU.WS







Oxşar xəbərlər
Eldar Əzizov baş direktoru İŞDƏN ÇIXARDI
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov baş direktoru işdən çıxarıb.BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə Bak...