Əlcəzair və İsraildən heyvan məhsullarının gətirilməsi məhdudlaşdırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Msila əyalətində və İsrailin Cənub dairəsində xırdabuynuzlu heyvanların taun, Əlcəzair Xalq Demokratik Respublikasının Suk-Əhras və El-Bayad əyalətlərində isə dabaq xəstəliyi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən BAKU.WS-ə bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasının Msila əyalətindən və İsrail Dövlətinin Cənub dairəsindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, həmçinin Əlcəzair Xalq Demokratik Respublikasının Suk-Əhras və El-Bayad əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasından və İsrail Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Diri quşların Azərbaycan ərazisindən tranzitinə məhdudiyyət qoyulub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İndoneziya Respublikasının Açeh və Cava-Timur əyalətlərində dabaq, İsveç Krallığının Skane əyalətind...