Əhaliyə XƏBƏRDARLIQ - Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Paytaxt ərazisində daha əvvəl sərtləşdirilmiş karantin rejimində xidmət necə təşkil edilmişdisə, yenə də o formada davam etdiriləcək”.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev "report"a deyib.
Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda həm postlar qurulacaq, həm də polis naryadları gücləndirilmiş rejimdə faəliyyət göstərəcək:
“Daha əvvəl paytaxt və digər ərazilərdə icaze.e-gov.az portalında hərəkətlə bağlı qərar ləğv olunandan sonra postlar da götürüldü. Amma 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək postlar da olacaq, polis naryadları da nəzərət edəcək”.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.
Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş və son günlərdə virus...