"Əhaliyə satılan tibbi maskaların qiyməti 30 qəpikdən baha olmamalıdır" - RƏSMİ AÇIQLAMA

Əhaliyə satılan tibbi maskaların qiyməti 30 qəpikdən baha olmamalıdır - RƏSMİ AÇIQLAMA
Sosial 150

"Hökumət Azərbaycanda tibbi maskaların qiymətinin 30 qəpikdən yuxarı olmamasına nəzarət edir".

BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, əhaliyə satılan tibbi maskaların qiyməti 30 qəpikdən baha olmamalıdır:

“Xaricdən ölkəyə idxal edilən tibbi maskaların qiyməti 30 qəpikdən baha başa gəlir. Ancaq pandemiya dövrü üçün qiymət fərqini dövlət tibbi maska idxalçılarına ödəyir. Pandemiya ilə mübarizə dövründə bu qiymət fərqini dövlət ödəyəcək, dövlət bunu subsidiyalaşdırır”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Maska və spirt qıtlığı ilə bağlı - Rəsmi açıqlama

Maska və spirt qıtlığı ilə bağlı - Rəsmi açıqlama

"Ölkədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir". BAKU.WS xəbər verir...

1135 Sosial 21:30 25 mart 2020

Son xəbərlər