Əhalinin gününü qaraldan yol problemi: "Heç vertolyot da bura enə bilməz"
Xızı rayonunun Qars kəndinin sakinləri illərdir davam edən yol problemindən şikayətçidirlər.
Onların sözlərinə görə, rayon mərkəzindən cəmi 6 kilometr uzaqlıqda yerləşən kəndə çatmaq böyük çətinliyə çevrilib.
Sakinlər Baku TV-yə bildirirlər ki, xüsusilə yağışlı havalarda yol tamamilə keçilməz vəziyyətə düşür. Kəndə nə təcili yardım maşını, nə də adi minik avtomobilləri rahat daxil ola bilirlər.
"Xəstəmiz olanda nə edək? Heç vertolyot da gəlsə, bura enə bilməz. Gözləyirik ki, ölsün, aparıb basdıraq. 73 yaşım var, hələ burada gün görməmişəm", - deyə kənd sakini bildirib.
Digər sakin isə qeyd edib ki, kənddə üç qəbiristanlıq olsa da, yolsuzluq səbəbindən dünyasını dəyişən insanları dəfn etməyə aparmaq belə çətinləşib.
Oxşar xəbərlər
Sabah Bakıda bu ərazilərdə qaz olmayacaq
Sabah paytaxtın bir sıra ərazilərində təbii qazın verilişində fasilə yaranacaq. BAKU.WS xəbər verir ki bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bi...