DYP xaricə səfər edən sürücülərə müraciət edib

DYP xaricə səfər edən sürücülərə müraciət edib
Sosial 1707
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xaricə səfər edən sürücülərə müraciət edib.DYP-dən BAKU.WS-ə verilən məlumata görə, beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri, eləcə də şəxsi nəqliyyat vasitələrində xarici ölkələrə səfər etməyə hazırlaşan Azərbaycan Respublikasının vətəndaşlarını məlumatlandırmaq məqsədilə bildirir ki, Gürcüstan və Bolqarıstan respublikalarının yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilib.Əsasən, yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilən inzibati tənbeh tədbirlərinə, hərəkətin məhdudlaşdırılması hallarına və müəyyən kateqoriyalı nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki və ölçü parametrlərinə dair qaydalara edilmiş həmin əlavə və dəyişikliklərlə maraqlanan şəxslər Gürcüstan hökümətinin 01.07.2019-cu il tarixli, 393 saylı qərarı, habelə Bolqarıstan Respublikasının müvafiq agentliyinə məxsus (htt://www.api.bg/index.php/en) veb sayt vasitəsi ilə daha ətraflı məlumat ala bilərlər.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Siqaret çəkənlər cərimələnəcək - XƏBƏRDARLIQ

Siqaret çəkənlər cərimələnəcək - XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) tütündən istifadə edən sürücülərə xəbərdarlıq edib.Baş idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev ON...

1794 Sosial 14:27 20 aprel 2019

Son xəbərlər