DYP sürücülərə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən BAKU.WS-ə bildirilib ki, hazırda Muğanlı-İsmayıllı avtomobil yolunda əsaslı tikinti işləri aparılır:
"Bununla əlaqədar yolun inşaat işləri aparılan hissələrdə daralması nəticəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
Baş Dövlət Yol Polisi İdarəsi mövsümlə əlaqədar sözügedən avtomobil yolunda hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artmasını da nəzərə alaraq, sürücülərdən alternativ yollardan istifadə etməyi, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, tikinti işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti nizamlama vasitələrinin tələblərinə ciddi əməl etməyi xahiş edir".
Oxşar xəbərlər
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyət barədə açıqlama yayıb....