DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
BAKU.WS-in məlumatına görə, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli "report"un soruğusuna cavab olaraq bildirib ki, paytaxt ərasizində hava şəraitinin yağıntılı keçməsi sürücülərin nəqliyyat vasitələrinin meteoroloji şəraitə uyğun idarəetməsi üçün əsas yaradır:
"Bütün sürücülərdən xahiş edirik ki, ara məsafəsini düzgün saxlasınlar, sürət həddini nəzərdə tutulandan aşağı endirsinlər, görmə məhdudiyyətini nəzərə alaraq nəqliyyat vasitələrinin silgəclərinə diqqət yetirsinlər.
Ümumilikdə nəqliyyat vasitəsinin texniki sazlığına diqqət edilməlidir. Yoldan keçən piyadalara diqqət artırılmalıdır.
Həmçinin piyadalardan da xahiş olunur ki, sürücülərin görmə məhdudiyyətini nəzərə alıb yolun hərəkət hissəsinə daxil olarkən diqqətli olsunlar.
Onlara yaxınlaşan nəqliyyat vasitəsinin sürücüsünü gördüyünə əmin olduqdan sonra yolu keçsinlər. Hər bir hərəkət iştirakçısının hava şəraitini nəzərə almasını xahiş edirik".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...