DYP hava şəraiti ilə bağlı MÜRACİƏT ETDİ

DYP hava şəraiti ilə bağlı MÜRACİƏT ETDİ
Sosial 2

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə BAKU.WS-ə İdarədən bildirilib.

BDYPİ qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitinə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir.

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

Oxşar xəbərlər

Yol polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

Yol polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən BAKU.WS-ə verilən xəbərə görə, müraciətdə deyili...

81 Sosial 09:47 24 fevral 2023

Son xəbərlər