DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Bu barədə BAKU.WS-ə İdarədən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb:
"Dumanlı havanın digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik".
Oxşar xəbərlər
Təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə salan dabaq xəstəliyi - Ət bazarlarında son vəziyyət
Son dövrlərdə ölkə ərazisində mal-qara arasında müşahidə olunan bəzi xəstəliklər, xüsusilə də dabaq xəstəliyi ət bazarına təsirsiz ötüşməyib. Şəhər ərazisində a...
