DYP-dən hüquqi şəxslərə və dövlət qurumlarına MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) hüquqi şəxslərə və dövlət qurumlarına müraciət edib.
Bu barədə BAKU.WS-ə idarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
O bildirib ki, hüquqi şəxslərin, eləcə də dövlət qurumlarının istifadəsində olan avtomobillərin hər hansısa fiziki şəxsin idarəetməsinə verilməsi, habelə həmin sürücü barədə lazımi məlumatlar və ya həmin məlumatlara edilən dəyişikliklər olduğu halda (şəxsin qeydiyyatda olduğu və yaşadığı ünvan, mobil telefonu,olduğu halda elektron ünvanı, sürücülük vəsiqəsinin nömrəsi) 3 gün ərzində aidiyyatı üzrə DYP-nin mərkəzi informasiya bazasına ötürülməsi tələb olunur:
"Belə ki, vaxtında məlumat təqdim etməyən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində və yaxud da dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin iştirakı ilə inzibati xətanın törədilməsi zamanı onu idarə etmiş şəxsin barəsində DYP-nin sorğusu daxil olubsa, həmin vaxtdan 5 gün müddətində qeyd etdiyimiz kimi hüquqi şəxs və ya dövlət orqanı sürücü barəsində məlumat vermədikdə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən vəzifəli şəxslər üçün 150, hüquqi şəxs üçün isə 300 manat məbləğində cərimə halı nəzərdə tutulan məsuliyyətə cəlb ediləcəyini bilməlidir. Bir daha bu kateqoriyaya aid olan şəxslərə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyi, qanunun aliliyi prinsipini unutmamağı, sadə vətəndaşlar arasında narazlıq yaratmamağı və ən əsası yol hərəkəti qaydalarını pozaraq məsuliyyətdən yayınmağı düşünüb dövlətin qanunla qorunan tələblərinə hörmətsizlik edib, nizam-intizama xələl gətirəcək addımlardan çəkinməyi xahiş edirik".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...