DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Baş DYP İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis mayoru Rövşən Tağıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.
Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.
Oxşar xəbərlər
DYP-dən sürücülərə dumanlı hava ilə bağlı MÜRACİƏT - YENİLƏNİB
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. İdarədən BAKU.WS-ə daxil olan məlumatda deyilir: “Bakıda və Ab...