DYP-dən “Əziz Şuşa” velosiped turnirinin III mərhələsi ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT

DYP-dən “Əziz Şuşa” velosiped turnirinin III mərhələsi ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
Sosial 49

Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən BAKU.WS-ə daxil olan müraciətdə deyilir:

"Əziz Şuşa beynəlxalq velosiped turnirinin növbəti mərhələsinə bu gün Qəbələ rayonundan start veriləcək.

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın üçüncü mərhələsində velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

Sürücülərdən tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi "Əziz Şuşa" beynəlxalq velosiped turnirinin ikinci mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib. İdarədən BAKU.WS-ə daxil olan...

4 Sosial 09:31 08 iyun 2023

Son xəbərlər