DYP-dən əhaliyə bayram günləri ilə bağlı MÜRACİƏT

DYP-dən əhaliyə bayram günləri ilə bağlı MÜRACİƏT
Sosial 80

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, sürücü və sərnişinlərdən bir sıra qaydalara ciddi əməl etmələri xahiş olunur.

İlk növbədə səfərə hazırlaşan sürücülər bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlər də bu qaydaya sözsüz əməl etməlidirlər. Dəyərli sürücülər, yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinin, uzaq məsafə qət edərkən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə etməklə qısamüddətli olsa da, istirahət edin!

Unutmayın ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi riayət etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək həm özünüzün, sərnişinlərinizin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DYP-dən vacib müraciət - Bu hallarda maşın sürməyin!

DYP-dən vacib müraciət - Bu hallarda maşın sürməyin!

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Ramazan bayramı ilə bağlı sürücülərə müraciət edib. BAKU.WS xəbər verir ki, müraciətdə deyilir: "Bayram günl...

189 Sosial 11:23 20 aprel 2023

Son xəbərlər