Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, siyahını “CNN Travel” tərtib edib.
Qeyd olunub ki, düşbərə Azərbaycanın milli xörəklərindəndir: “Düşbərinin hazırlanması üçün nazik xəmir kiçik hissələrə bölünür və içinə qoyun və ya mal ətindən qiymə qoyulur. Sonra xəmir bağlanır. Düşbərə suda bişirilir. Sarımsaqlı qatıq və ya sirkə ilə yeyilir. Üzərinə quru nanə də səpilə bilir”.
Siyahıda Polşa mətbəxinə məxsus Pieroqi, Hindistanın milli yeməyi olan Modak, Rusiyanın Pelmenni, Türkiyə və Mərkəzi Asiyadan mantı, italyanların ravioli yeməyi və digərləri də var.
Qeyd edək ki, düşbərə Azərbaycanın milli mətbəxinin əsas xörəklərindəndir. Daha çox Bakı kəndlərinin yeməyi sayılan düşbərə bu gün demək olar ki, hər bir ailədə bişirilir.
Oxşar xəbərlər
Birbaşa aviareyslər Azərbaycanı və Monteneqronu yenidən birləşdirəcək - FOTO
“PAŞA Travel” Azərbaycan Hava Yolları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Monteneqro turizm məhsulunun rəsmi təqdimatını etdi. 29 fevral tarixində “PAŞ...