Dünyada koronavirusdan ölənlərin sayı 4,5 milyonu ötüb

Dünyada koronavirusdan ölənlərin sayı 4,5 milyonu ötüb
Sosial 87

Dünya üzrə COVID-19 virusu səbəbindən həyatını itirənlərin sayı 4,5 milyon nəfəri ötüb.

BAKU.WS pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, bu gün saat 16:30 radələrinə olan məlumata görə, dünyada 4 milyon 502 min 377 nəfər koronavirusun qurbanı olub.

İndiyədək ən çox ölüm halı ABŞ-da qeydə alınıb - 653 min 405 nəfər. Sonrakı iki yerdə Braziliya (578 min 396 nəfər) və Hindistan (437 min 403 nəfər) qərarlaşıb.

Ölüm sayına görə ilk onluğa, həmçinin Meksika (257 min 150), Peru (198 min 115), Rusiya (180 min 840), Böyük Britaniya (132 min 243), İndoneziya (131 min 372), İtaliya (129 min 2) və Kolumbiya (124 min 648) daxildir. İlk dəfə 2019-cu ilin dekabrında ortaya çıxan yeni növ koronavirus 200-dən çox ölkəyə və əraziyə yayılıb.

Son məlumata əsasən, dünyada 216 milyon 381 mindən çox yoluxma halı aşkarlanıb, virusa yoluxan 193 milyon 317 mindən çox sağalıb, 18 milyon 513 mindən artıq xəstənin müalicəsi isə hələ davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər