Dumanlı hava ilə bağlı AÇIQLAMA

Dumanlı hava ilə bağlı AÇIQLAMA
Sosial 192

“Bakıda və Abşeron yarımadasında gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan inversiya qatı əmələ gəlib”.

BAKU.WS xəbər verir ki, bunu APA-ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-şərq küləyi nəticəsində Abşeron yarımadasına daxil olub və dumanın əmələ gəlməsinə şərait yaranıb:

“Fevralın 6-sı gündüzədək fasilələrlə duman olacağı proqnozlaşdırılır”.

Son xəbərlər