Dərmanların qiymətlərinin tənzimlənməsi qaydalarına düzəlişlər ediləcək
Azərbaycanda dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarına müəyyən düzəlişlər olunacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə deyib.
Nazir müavinin sözlərinə görə, xarici ölkə valyutalarının məzənnəsinin dəyişməsi ilə əlaqədar dərman şirkətlərinin Azərbaycan hökumətinə etdiyi müraciət artıq öz həllini tapıb: "Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verilib. Yeni qəbul ediləcək sənədlə qyadalarda müəyyən dəyişikliklər olacaq. Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında müəyyən düzəlişlər olacaq. Hazırda Mərkəzi Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Amma bunun dəyişməsi nəzərdə tutulur və həmin gün üçün valyutanın (dolların) bazardakı real qiyməti əsas götürüləcək”.
BAKU.WS
Oxşar xəbərlər
Dollar qıtlığı dərman bazarını çökdürdü - Hökumətə müraciət olundu
Xarici valyuta ilə bağlı problemlərlə əlaqədar dərman şirkətləri Azərbaycan hökumətinə müraciət edib. APA-nın məlumatına görə, bu barədə səhiyyə nazirinin müav...