DİQQƏT! İyulun 1-i 09:30-dan 15:00-dək...
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah, iyulun 1-də saat 09:30-dan 15:00-dək Bakı şəhəri, Nəsimi rayonunun Alı Mustafayev küçəsində (yalnız 20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
Oxşar xəbərlər
DİQQƏT: “20 Yanvar” istiqamətində tuneldə hərəkətin məhdudlaşdırılma vaxtı dəyişdirildi
“20 Yanvar” dairəsi istiqamətində tuneldə nəqliyyatın hərəkətinin məhdudlaşacağı ilə bağlı tarixə dəyişiklik edilib. Belə ki, sözügedən istiqamətdə hərəkət bu g...