DİQQƏT: “20 Yanvar” istiqamətində tuneldə hərəkətin məhdudlaşdırılma vaxtı dəyişdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
“20 Yanvar” dairəsi istiqamətində tuneldə nəqliyyatın hərəkətinin məhdudlaşacağı ilə bağlı tarixə dəyişiklik edilib. Belə ki, sözügedən istiqamətdə hərəkət bu gecə məhdudlaşdırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, 2 iyul saat 00:00-dan 05:00-dək Bakı şəhəri, Nəsimi rayonunun Alı Mustafayev küçəsində (yalnız “20 Yanvar” dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
Oxşar xəbərlər
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - ÜNVANLAR
Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. 28, 29 iyun tarixlərində bayra...