DİQQƏT: Bu şəxslərin pensiya təyinatında YENİLİK OLDU

DİQQƏT: Bu şəxslərin pensiya təyinatında YENİLİK OLDU
Sosial 352

Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında nəzərə alınacaq müddət artırılır.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklə əmək fəaliyyəti müddətindən əlavə olaraq əmək fəaliyyətinə aid olmayan, lakin sığortaolunanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajına daxil edilən dövrlərin nəzərə alınması, o cümlədən avtomatlaşdırılmış pensiya təyinatında, habelə sığortaolunanın ölümü ilə əlaqədar olaraq onun ailə üzvlərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında bütün dövrlərin nəzərə alınması nəzərdə tutulur.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əmək pensiyalarına dəyişikliyin detalları açıqlanıb

Əmək pensiyalarına dəyişikliyin detalları açıqlanıb

Əmək pensiyalarına dəyişikliyin detalları açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, “Əmək pensiyaları haqqında...

1527 Sosial 11:16 29 iyun 2022

Son xəbərlər