Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi
Sosial 1723
 

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə müraciət edib.

DİM-dən verilən xəbərə görə, müraciətdə bildirilib ki, mərkəzin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. 

Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində əksini tapacaq.

Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında veriləcəkdir) yararlanmaq olar.

Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.

BAKU.WS

Oxşar xəbərlər

İki məmur arasında savaş

İki məmur arasında savaş

Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) arasında münasibətlər yenidən pozulub. BAKU.WS xəbər verir ki, "Azad...

1007 Hadisə 09:48 16 iyun 2016

Son xəbərlər