Dövlət Vergi Xidmətinin strukturlarına rəislər təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Milli Gəlirlər Baş İdarəsində bir sıra təyinatlar olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mirzəyev Surəddin Allahyar oğlu qurumun Daxili nəzarət şöbəsinin rəisi təyin olunub.
Bundan əlavə İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi vəzifəsi İsmayılzadə Xətayi İsmayıl oğluna həvalə edilib.
Qeyd edək ki, bu təyinata qədər S.Mirzəyev Daxili nəzarət şöbəsinin rəisi vəzifəsini, Aynur Məmmədrzayeva isə Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi vəzifəsi müvəqqəti icra edib.
Oxşar xəbərlər
55 obyektdə pozuntular aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş...