Dövlət Su Ehtiyatları Agentliyi yerüstü su obyektlərinə təkbaşına nəzarət edəcək
Nazirlər Kabineti 25 sentyabr 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nda dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra yerüstü su obyektləri üzrə nəzarəti yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) həyata keçirəcək. İndiyə qədər bu işi həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), eləcə də Fövqəladə Hallar Nazirliyi görürdü.
Həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququ da ETSN-dən alınaraq ADSEA-ya verilib.
Oxşar xəbərlər
Doqquz ayda Qarabağda bərpa-quruculuq işlərinə 2.5 milyard manat xərclənib
Bu ilin yanvar-sentyabr aylarında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 2 milyard 567.5 milyon manat vəsait xərc...