Dövlət Statistika Komitəsində MÜHÜM KADR TƏYİNATI
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Statistika Komitəsində mühüm kadr təyinatı olub.
BAKU.WS Nocomment.az-a istinadən xəbər verir ki, komitə sədri Azər Mursaqulovun imzaladığı yeni əmrə əsasən, Bayram Feyzulla oğlu Əliyev İnsan resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsinə təsdiqlənib.
Bildirilib ki, rəhbər vəzifəyə gətirilən Bayram Əliyev kadrların idarə olunması sahəsində böyük təcrübəyə malikdir.
O, son təyinata qədər Maliyyə Nazirliyində İnsan resurslarının idarə edilməsi şöbəsinin müdir müavini postunu tutub.
Dövlət Statistika Komitəsinin rəhbərliyinin əmri ilə o, artıq yeni vəzifəsinin icrasına başlayıb.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...