Dövlət sərhədindəki gömrük postlarında gözləyən TIR-ların sayı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 21-də Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrində giriş və çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Rusiya ilə sərhəddə yerləşən "Xanoba" gömrük postunda 1, "Samur" gömrük postunda isə 134 yük nəqliyyat vasitəsi növbədədir.
Gürcüstanla sərhəddə "Mazımqara" gömrük postunda növbədə olan yük nəqliyyat vasitələrinin sayı 7, "Qırmızı Körpü" gömrük postunda isə 700-dür.
İran İslam Respublikası ilə sərhəddə "Biləsuvar" gömrük postunda növbə qeydə alınmayıb, "Astara" gömrük postunda isə 52 yük nəqliyyat vasitəsi növbədədir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...