Dövlət qulluğuna qəbul imtahanları avqustdan başlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Dövlət qulluğuna qəbul imtahanları avqust ayından başlayaraq ayda iki dəfə Bakıda və DİM-in regional bölmələrində oflayn qaydada kompüterlər vasitəsilə keçiriləcək".
BAKU.WS xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Qurum rəsmisinin sözlərinə görə, müsahibələr onlayn qaydada keçiriləcək və müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq:
“İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək”, - deyə Məleykə Abbaszadə bildirib.
Oxşar xəbərlər
Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib. DİM-dən BAKU.WS-ə verilən xəb...