Dövlət komitəsi: Mərkəzi park 21 hektar genişləndirilərək vahid şəhər yaşıllıq kəməri formalaşdırılacaq

Hazırda Mərkəzi parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq.
BAKU.WS xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib.
Onun sözlərinə görə, metronun "Nizami" stansiyası ətrafında yerləşən təxminən 21 hektar sahə parkın əvvəlki hissələrinə birləşdirilərək vahid şəhər yaşıllıq kəməri formalaşdıracaq:
"İqlim şəraiti, flora və ətraf mühit nəzərə alınmaqla, burada geniş yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulur. Parkda qarışıq ağac növlərinin olacağı sıx meşə tipli zona ərazinin landşaftında özünəməxsus yer tutacaq. Eyni zamanda ətrafda yerləşən tarixi binaların qorunması da xüsusi diqqətdədir".
Oxşar xəbərlər
ADY: Təmir işləri ilə əlaqədar sabah üçün Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir
Bakı-Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 8-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam...