Dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən Elçin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Mövsümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elçin İsmayılov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən il iyul ayında Daşkəsən rayonunda baş verib. Elçin İsmayılovla dostu İlkin Məmmədovla araında mübahisə baş verib. Mübahisə nəticəsində Elçin İsmayılov İlkin Məmmədova bıçaqla bir neçə dəfə zərbə endirib. İlkin Məmmədov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Təqsirləndirilən Elçin İsmayılova Cinayət Məcəlləsinin 120.1-ci (qəsən adam öldürmə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....