“Donuz qripi”nin Azərbaycana gəlməsinin qarşısı belə alınacaq
14
yan
2019
14:39
"Azərbaycanın bütün gömrük-keçid məntəqələrində "donuz qripi" əleyhinə xüsusi avadanlıq quraşdırılıb". BAKU.WS report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, komitə bu məsələdə Səhiyyə Nazirliyi və digər aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edir:"Əhalinin təhlükəsizliyi, sağlamlığı ilə bağlı bütün parametrlər nəzərə alınıb. Hesab edirəm ki, bu sahədə biz kifayət qədər nəticələr əldə etmişik. Bu gün də gücləndirilmiş iş rejimində çalışırıq. Əhalinin həm məlumatlandırılması, eyni zamanda xəstəliyin Azərbaycana gəlməməsi üçün xüsusi dezinfeksiyaedici, karantin sahələr elan olunub. Hər bir şey nəzarətimizdədir".BAKU.WS
Oxşar xəbərlər
Bakıda "Donuz qripi" vaksinin satılması iddiasına Nazirlikdən CAVAB
"Bu gün Azərbaycanda "donuz qripi" (H1N1) yoxdur"."Report" xəbər verir ki, bunu ölkənin baş epidemioloqu İbadulla Ağayev deyib.Onun sözlərinə görə, mətbuat orqa...