Doğma yurda qayıdan Kəlbəcər sakini: "Ən böyük xəyalım evimi görmək idi"
Əliyevlər ailəsi Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsində məskunlaşıblar. Onlar 35 illik ayrılıqdan sonra öz doğma yurdlarına qayıdıblar.
Baku TV Əliyevlər ailəsinin qonağı olub, onların təəssüratını öyrənib.
Doğma yurda qayıtmağın sevincini yaşayan sakin Rasim Əliyev bildirib ki, illərdir bu arzu ilə yaşayıblar:
"İnsan həm ağlayır, həm də sevinir. Ağlayır, çünki burada uşaqlıq, gənclik xatirələrinin izini tapa bilmir, sevinir, çünki öz doğma torpağına qayıdıb. Ən böyük xəyalım böyüdüyüm evi yenidən görmək idi, şükür ki, arzuma çatdım".
"Oğluma dedim ki, Kəlbəcərə qayıtsam, qurban kəsəcəyəm. Allaha şükür ki, gəldim və qurbanımı kəsdim", - deyə Kəlbəcər sakini Gözəl Əliyeva qeyd edib.
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılıb
Bu gün saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Məktəbə...