DİN: "Həmin şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan 3 nəfər müəyyən olunub"
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət əvvəl Quba rayonunda yaşayan əqli qüsurlu şəxsin sosial şəbəkələrdə yayılan görüntülərini paylaşan şəxslər daxil olan vətəndaş şikayətləri əsasında araşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev paylaşım edib. O bildirib ki, həmin şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan 3 nəfər müəyyən olunub.
Müəyyən olunan şəxslər rayon polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, əməlin hüquqazidd olması onların diqqətinə çatdırılıb. Onlar bu əməllərindən səmimi peşmanlıq keçirdiklərini bildiriblər.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...