DİN-dən Yeni illə bağlı XƏBƏRDARLIQ: Bunu edənlər 5 min manat CƏRİMƏLƏNƏCƏK

DİN-dən Yeni illə bağlı XƏBƏRDARLIQ: Bunu edənlər 5 min manat CƏRİMƏLƏNƏCƏK
Sosial 5388

"Respublika ərazisində dekabrın 1-dən bu günə qədər pirotexniki vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 23 fakt aşkarlanıb. Xüsusən Qazax rayonunda bir fakt üzrə 120 mindən artıq pirotexniki vasitə müəyyən olunaraq götürülüb".

BAKU.WS xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O əlavə edib ki, pirotexniki vasitələrin xüsusi icazə olmadan alınması, daşınması, realizə olunması qanunsuz hesab olunur: "Ticarət qaydaları əleyhinə olan inzibati xətalarla bağlı hüquq norması var. Normanın 442-ci maddəsinə uyğun olaraq inzibati xətanın biləvasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1650 manatdan 2200 manata qədər, hüquqi şəxsləri üçün isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə nəzərdə tutulur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13649 Sosial 16:25 16 mart 2020

Son xəbərlər