DİN-dən Manaf Ağayevin avtomobilinin cərimə meydançasında saxlanılması iddiasına CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) vəkil Adəm Məmmədovun müğənni Manaf Ağayevə məxsus "Mercedes" markalı avtomobilinin qanunsuz olaraq polisin cərimə meydançasında saxlanılması iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, vəkilin iddiaları əsassızdır.
"Manaf Ağayevin avtomobilinin polisin müvəqqəti dayanacaqda saxlanılması ilə bağlı vəkil Adəm Məmmədovun iddiaları həqiqəti əks etdirmir. Avtomobil Manaf Ağayevin barəsində təsdiq olunmuş inzibati tənbeh tədbiri ödənildikdən dərhal sonra müğənniyə təhvil verilib", - DİN rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
55 obyektdə pozuntular aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş...