DİN-dən əhaliyə XƏBƏRDARLIQ - Diqqətli olun! - FOTO

DİN-dən əhaliyə  XƏBƏRDARLIQ - Diqqətli olun! - FOTO
Sosial 11

Daxili İşlər Nazirliyi (DİN) mobil tətbiqlərlə bağlı əhaliyə müraciət edib.

DİN-dən BAKU.WS-ə daxil olan müraciətdə qeyd olunur ki, cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır:

"Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?

• Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;

• Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;• Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;• Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın".

DİN-dən əhaliyə  XƏBƏRDARLIQ - Diqqətli olun! - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər