DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

13
yan
2023
15:59
Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Sərdar Səfərov vəzifəsindən azad olunub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Vilayət Eyvazovun digər əmri ilə general-mayor Sərdar Səfərov Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, polis general-mayoru Oqtay Kərimov bir müddət əvvəl vəzifəsindən azad olunaraq nazir müavini təyin edilib.

Oxşar xəbərlər
Prezident Təhlükəsizlik Xidmətinin bu hərbi qulluqçularını təltif etdi - SİYAHI
Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin aşağıdakı hər...