DİQQƏT! Sabah bu rayonda 10000-dən çox abonentin qazı kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Masallı rayonunun bir sıra kəndlərinin, ümumilikdə 10 300 abonentinin və 37 sənaye obyektinin qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, buna səbəb Masallı rayonu ərazisində yerləşən sənaye və əhali qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılmasıdır.
Bu məqsədlə sentyabrın 10-da saat 10:00-dan işlər başa çatanadək Təklə, Əhmədli, Sığıncaq, Xoşçobanlı, Stansiya Masallı, Ləngan, Mollahəsənli, Həsənli, Hacıtəpə, Xırmandalı, Köçəkli, Ərəb, Təkdam, Məmmədxanlı, Xallı-Callı, Kürdəbaz, Qədirli, Qarğalıq, Eminli, Viləş, Yeddioymaq-1, Yeddioymaq-2, Şıxlar, Qasımlı, Qızılağac, Alışanlı, Bala Təklə və Səmidxan-1 kəndlərinin qaz təchizatı dayandırılacaq.
Oxşar xəbərlər
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. H...