DİQQƏT! - Sabah 2 bölgədə işıq olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Xaçmaz və Quba rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Səhmdar Cəmiyyətin Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Quba Elektrik Şəbəkəsində (EŞ) 6 kV-luq Paylayıcı Qurğuda (PQ) həyata keçirilən yenidənqurma işlərinin tamamlanması ilə əlaqədar saat 10:00-dan saat 13:00-dək Səməd Vurğun, Əliqulu Nərimanov, Məhəmməd Əmin Rəsulzadə küçələri, Heydər Əliyev prospekti, General Məhəmməd Əsədov, 8 Mart və Arif Hüseynzadə küçələrinin bir hissəsi, həmçinin Xudat Elektrik Şəbəkəsi Sahəsinin xidməti ərazisində 35/10 kV-luq "Nabran" yarımstansiyasında aparılacaq əsaslı təmir işləri ilə əlaqədar saat 09:00-dan saat 17:00-dək Səlimoba, Samurçay, Günəşli, Turist, Şimali kəndləri və Nabran kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma və əsaslı təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...