“Diqlas”dakı yanğınla bağlı komissiya yaradılıb – SİYAHI

“Diqlas”dakı yanğınla bağlı komissiya yaradılıb – SİYAHI
Sosial 699
Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş verən yanğınla əlaqədar komissiya yaradılıb. BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov sərəncam imzalayıb. Sərəncam Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 mart tarixli 1067 nömrəli sərəncamının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə imzalanıb. Komissiya aşağıdakı tərkibdə yaradılıb:Komissiyanın sədriYaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müaviniKomissiyanın üzvləriKəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziriSamir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziriŞahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziriMikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziriRamil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziriPərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziriZakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroruSəfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədriEldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısıArif Qasımov – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısıKomissiyaya tapşırılıb ki, hadisənin baş vermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.BAKU.WS

Son xəbərlər