Dilarə Əliyeva dəhşətli qəzanın baş vermə anı barədə danışdı: Biz qışqırdıq... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva mərhum həyat yoldaşı, əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin həlak olduğu yol-nəqliyyat hadisəsi barədə danışıb.
BAKU.WS xəbər verir ki, Dilarə Əliyeva "AStar"a açıqlamasında hər şeyin bir anın içində baş verdiyini bildirib.
"Mən arxada, Mehriban isə irəlidə oturmuşdu. Yol boyu deyirdik, gülürdük, zarafat edirdik. Oqtay çox gözəl maşın sürürdü. Hər şey yaxşı idi. 3-4 dəqiqə idi ki, biz onunla danışmadıq. Birdən baxdıq ki, maşın sürətləndi. Maşının sürətlənməyi ilə biz qışqırdıq. Mehriban bir yandan, mən bir yandan, "Oqtay, Oqtay", - deyərək çağırırdıq. Maşın bir anın içində aşdı", - deyə D.Əliyeva əlavə edib.
Oxşar xəbərlər
Nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı - Oqtay Əliyevin ən böyük arzusu nə idi?
Kulis.az ötən gün dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi, Televiziya prodüseri və rejissoru Oqtay Əliyev haqqında maraqlı faktları təqdim edir. Əliyev Oqta...