Dərslər sentyabrın 1-dən başlayacaq? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil Nazirliyi tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı fikirlərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, nazirlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu məsələ müzakirə olunmur:
“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli Qərarının 2.3 - cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır. Növbəti il iyunun 14-də başa çatır. Hazırda bu prosesin dəyişdirilməsi müzakirə olunmur”.
Qeyd edək ki, deputat Fazil Mustafa və təhsil ekspertləri tədris ilinin sentyabrın 1-dən başlaması ilə bağlı təklif irəli sürüblər.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...