Dərslər bərpa olunana qədər metro açılacaqmı? - RƏSMİ CAVAB

Azərbaycanda bütün tədris müəssisələrinin fəaliyyəti sentyabrın 15-də başlayacaq.
BAKU.WS xəbər verir ki, tədris müəssisələrinə üz tutacaq şagird və valideynlərin ictimai nəqliyyatdan istifadə edəcəyi üçün müəyyən problemlərin yaşanacağı gözlənilir.
Hazırda ictimai nəqliyyat ancaq avtobuslardan istifadə ilə məhdudlaşır. Yüz minlərlə şagirdin məktəblərə üz tutacağı təqdirdə onların da avtobuslardan istifadə etməsi ictimai nəqliyyatı iflic edə bilər.
Mövcud vəziyyətdə ən real təklif "Bakı Metropoliteni”nin fəaliyyətini bərpa etməsi olacaq. Qurumdan mövzu ilə bağlı BAKU.WS-ə bildirildi ki, “Bakı Metropoliteni” fəaliyyətiniu bərpa etməyə tam hazır olsa da, bu barədə rəsmi qərar yoxdur:
"Metro günü bu gün fəaliyyətini bərpa etməyə hazırdır. Hazırda fəaliyyətə başlamaq üçün qərar gözlənilir. Operativ Qərargah bununla bağlı qərar verəcəyi təqdirə sərnişinlər metrodan rahat şəkildə istifadə edəcəklər".
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
