Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair TƏLƏBLƏR DƏYİŞDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblərdə dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin kollegiyası qərar qəbul edib.
Dərman vasitəsi öz təyinatına, dövlət qeydiyyat sənədlərinin və ya klinik sınaqların protokollarına uyğun, keyfiyyətli, effektiv və təhlükəsiz istehsal edilməlidir.
Tələblərin yerinə yetirilməsi üçün şəraitin yaradılması və nəzarətin həyata keçirilməsi istehsalçının vəzifəsidir.
Bu tələblərə həmin müəssisədə çalışan işçilər, o cümlədən təchizatçılar və distributorlar tərəfindən əməl edilməlidir.
Məqsədə çatmaq üçün müəssisədə və keyfiyyətə dair risklərin idarə olunmasını əhatə edən, hərtərəfli işlənib hazırlanmış və düzgün tətbiq olunan Əczaçılıq Keyfiyyət Sistemi (ƏKS) olmalı və bütün komponentlər ixtisaslı işçi heyəti, uyğun sahələr və lazımi sayda avadanlıqla təmin olunmalıdırlar.
Oxşar xəbərlər
Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ
Uşaqlara, yaşlılara və quru dəri problemi olan şəxslərə çox isti su ilə çimmək tövsiyə edilmir. Belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə və onun müdafiə...