Bu şəxslər daha tez pensiya alacaq - RƏSMİ AÇIQLAMA

Bu şəxslər daha tez pensiya alacaq - RƏSMİ AÇIQLAMA
Video
Sosial 407

"Əgər şəxsin 5 və daha çox uşağı varsa və ona 8 yaşınadək baxıb, tərbiyə edibsə, "Əmək pensiyaları haqqında" Qanunun 8-ci maddəsinə əsasən, həmin qadınların pensiya yaş həddi 5 il azaldılır".

BAKU.WS xəbər verir ki, bunu AzTV-yə DSMF-nin Sosial ödənişlər departamentinin mütəxəssisi Pərvin Əlizadə bildirib.

P. Əlizadənin sözlərinə görə, yəni hazırda (2025-ci ildə) qadınlar üçün pensiya yaşı 64 yaş müəyyən olunub və vətəndaş artıq 59 yaşındadırsa, ona bu yaşa görə 220 manat sosial müavinət, əgər pensiya hüququ varsa, pensiya təyin olunacaq: "Bundan əlavə, əgər vətəndaş 5 və daha çox uşağı olan qadındırsa, yaşı 59-dan aşağıdırsa, 18 yaşınadək uşaqları varsa, 5-dən çox uşağı olan qadınlara verilən müavinət növündən əldə edə bilər. Digər halda, əgər vətəndaş əlilliyi olan uşağa baxırsa, ona da yenə 5 il güzəşt tətbiq olunur. Belə deyək, bu, paralel aparılır. Ya qadının 5 və ya daha çox uşağı olmalıdır, ya da əlilliyi olan uşağa baxmalıdır ki, pensiya yaş həddi 5 il azaldılsın. O zaman hər ikisində 59 yaş müəyyən olunur.

Əgər vətəndaş vəfat etmiş şəxsin 8 yaşınadək sağlam uşağına qulluq edirsə, onun məbləği isə 120 manat təyin edilir. Bundan əlavə, əlilliyi olan uşağa qulluğa görə, 100 manat məbləğində təqaüd təyin olunur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu günlərdə bölgələrə üz tutanların DİQQƏTİNƏ

Bu günlərdə bölgələrə üz tutanların DİQQƏTİNƏ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. BAKU.WS xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb. Bildirilib ki...

25 Sosial 10:17 01 avqust 2026

Son xəbərlər