Azərbaycanda nisyə satışla məşğul olan sahibkarlar kredit bürosuna məlumat verməyəcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər.
BAKU.WS President.Az-a istinadən xəbər verir ki, bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi "Kredit büroları haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.
Əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...