Deputatdan qaz limitinin artırılmasına münasibət: "Bu
01
may
2019
09:58
Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılaraq illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə çatdırılıb. Tarif Şurasının iclasında qəbul edilən qərar bu gündən - 1 maydan qüvvəyə minir.BAKU.WS xəbər veri ki, bu məsələni Milli Məclisdə qaldıran deputat Fazil Mustafa qaz limitinin artırılmasını həm təqdir, həm tənqid edib:"Tarif Şurası istehlak olunan qaz üçün limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırdı. Bu, hər bir halda irəliyə doğru bir addımdır, ancaq vətəndaşlarımız üçün qaneedici deyil.Milli Məclisdə bizim təklifimiz limitin iki dəfə artırılması olmuşdu. Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı.Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır".Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Əhaliyə ŞAD XƏBƏR - Qaz limiti artırıldı - VİDEO
Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılıb. BAKU.WS-in məlumatına görə, bunu Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev d...